108

Çağrı mərkəzi

Haqqımızda

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin

Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi Haqqında ümumi məlumat

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi (bundan sonra-Mərkəz) Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanına əsasən yaradılmışdır. Mərkəz ilkin mərhələdə pilot layihə olaraq Bakı şəhərində tikinti sektorunda qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirləri həyata keçirir. Qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması sahəsində nəzarət tədbirlərinin həyata keçirilməsi və nəzarət fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Mərkəzin müəyyən edilmiş fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

 

1) tikinti sektorunda qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində səyyar monitorinqlər həyata keçirir, əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi ilə bağlı tədbirlər görür və bu sahədə monitorinqlərin təşkilində müasir innovasiyalardan istifadə edir.

 

2) tikinti sektorunda qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı tikinti fəaliyyəti subyektlərinə metodiki köməklik göstərir, məsləhətlər və izahatlar verir.

 

3) tikinti sektorunda qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində maarifləndirmə, məlumatlandırma və təbliğat işini həyata keçirir, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial reklamlar sifariş edir, xüsusi bülletenlər və digər nəşrlər buraxır.