-
Əmək müqaviləsi işəgötürənlə işçi arasında bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
-
Əmək müqaviləsi müddətli və müddətsiz olmaqla, yazılı formada bağlanılır.
-
Əmək müqaviləsi bildirişi - əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir.
-
On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər.
-
İşçi ilə işəgötürənin razılığına əsasən əmək müqaviləsinə dəyişiklik edilə bilər.
-
İşçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər.
-
• əmək kitabçası; • şəxsiyyət vəsiqəsi;
Məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər.
-
Sinaq müddəti işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir.
-
- İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir:
- peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi;
- əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi;
- əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi;
- sanitariya və gigiyena normalarına, əlilliyi olan şəxslərə münasibətdə isə həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması;
- əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi;
- əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini;
- Əmək Məcəlləsi ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını;
- işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini;
- işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması;
- insanın immunçatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraitinin (xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi müayinələr üçün icazələrin verilməsi və s.) yaradılması;
- əmək müqavilələrində, kollektiv müqavilələrdə nəzərdə tutulan şərtləri.
- Əmək Məcəlləsi ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.
-
Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Müddətli əmək müqaviləsi bağlanan hallar Əmək məcəlləsinin 47-ci maddəsində tam və ətraflı qeyd edilmişdir.
-
Əmək müqaviləsində nəzərdə tutulan vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli iş və ya göstərilməli xidmət əmək funksiyası hesab olunur.
-
İşçinin razılığı olmadan bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. İşçinin səhhətinə mənfi təsir edən və aşağı ixtisaslı işə keçirilə bilməz.
-
Bəli, həmin vəzifə üzrə əmək haqqının 50 faizindən az olmamaqla əlavə əmək haqqı ödənilməlidir.
-
İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
-
• müəssisə ləğv edildikdə;
• işçilərin sayı və ştatı ixtisar edildikdə;
• peşəkarlıq səviyyəsinin, ixtisasının kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;
• işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, əmək vəzifələrini kobud şəkildə pozduqda;
• sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda.
-
- şəhid ailəsinin üzvlərinə;
- müharibə iştirakçılarına;
- əsgər və zabitlərin arvadına (ərinə);
- öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;
- həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə;
- xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə;
- kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.
-
Əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (qərarı) ilə rəsmiləşdirilir. Əmrin surəti və əmək kitabçası sonuncu iş günü işçiyə təqdim edilir.
-
İşəgötürən işçinin şəxsiyyəti və ya onun əmək fəaliyyəti barədə məlumatları başqa işəgötürənə və ya müvafiq hakimiyyət orqanlarına onların yazılı sorğusu və işçinin razılığı ilə göndərə bilər.
-
Gündəlik normal iş vaxtının müddəti 8, həftəlik iş vaxtının müddəti isə 40 saatdan çox ola bilməz.
-
İşçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci dərəcə əlilliyi olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.
Əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir.
-
Hamilə və üç yaşınadək uşağı olan qadınlar, yaşı on səkkizdən az olan işçilər gecə vaxtı işlərinə cəlb edilə bilməz.
-
İşəgötürən tərəfindən işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində iki gün, altıgünlük iş həftəsində isə bir gün olmalıdır.
-
Hər bir işçi onunla bağlanılmış əmək müqaviləsi üzrə müvafiq bildirişin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək hüququna malikdir. Bunun üçün işçi onunla bağlanılmış əmək müqaviləsi barədə məlumatları “Elektron hökumət” portalına, yəni e-gov.az saytına və ya e-sosial.az portalına daxil olaraq “Əmək müqaviləsi bildirişlərinin məlumatlarının işçilər tərəfindən əldə edilməsi” xidmətini seçməklə əldə edə bilər.
-
Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə Əmək Məcəlləsinin prinsiplərinə əsaslanan münasibətlərdir.